17 illik rekord qırıldı: futbol tarixinin ən bahalı qapıçı transferi rəsmiləşdi

10:37 - 20 İyul 2018

"Liverpul" qapıçı transfer reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, mersisaydlılar "Roma"nın qapıçısı Alison Bekeri transfer edib. 25 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. Bu keçid "qırmızılar"a 75 milyon avroya başa gəlib. Bununla da Braziliya millisinin üzvü futbol tarixinin ən bahalı qapıçı transfer olub.

 

Sonuncu dəfə 2001-ci ildə "Yuventus" Canluici Buffon üçün "Parma"ya 52 milyon avro ödəmişdi.

Xəbər xətti