"Zirə"dən ayrılan Yovan Krnetanın yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, serbiyalı müdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək. 26 yaşlı futbolçu Super Liqa təmsilçisi "Levadiakos"a keçib. Müqavilənin detalları haqda məlumat verilməyib.
Qeyd edək ki, Krneta 2015-ci ildən "Zirə"də çıxış edirdi.
saytlarin hazirlanmasi
