"Trabzonspor" iranlı futbolçu transfer etdi

16:58 - 21 İyul 2018

Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi iranlı yarımmüdafiəçi Vahid Əmirini transfer edib. 30 yaşlı vingerlə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, son klubu "Persepolis" olan Əmiri İran milli komandasının heyətində DÇ-2018-də iştirak edib.

 

Xəbər xətti