"Everton"dan 55 milyon avroluq transfer

00:33 - 25 İyul 2018

İngiltərə Premyer Liqasında çıxış edən "Everton" heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Liverpul təmsilçisi "Uotford"dan Riçarlisonu transfer edib. Braziliyalı vingerin keçidi 55 milyon avroya başa gəlib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Riçarlison "Everton"da 30 nömrəli forma altında çıxış edəcək.

 

Qeyd edək ki, Riçarlison 2017-ci ildə "Fluminense"dən "Uotford"a 11,2 milyon funt-sterlinqə transfer edilmişdi.

Xəbər xətti