"Monako"dan Premyer Liqa klubuna keçdi

00:57 - 25 İyul 2018

"Monako"nun yarımmüdafiəçisi Joao Moutinyo karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Portuqaliya millisinin üzvü "Vulverhempton"la 2 illik müqavilə imzalayıb. 31 yaşlı futbolçunun transferi "canavarlar"a 5 milyon funt-sterlinqə başa gəlib.

 

Qeyd edək ki, Moutinyo 2013-cü ildə 25 milyon avroya "Portu"dan "Monako"ya transfer edilmişdi.

Xəbər xətti