"Borussiya"nın futbolçusu Premyer Liqa klubunda

01:35 - 26 İyul 2018

İngiltərənin "Fulhem" klubu heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, London klbuu "Borussiya"nın hücumçusu Andre Şürrleni rənglərinə bağlayıb. Almaniya millisinin üzvü yeni klubunda 2 illik icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu "Borussiya"ya 2016-cı ildə "Volfsburq"dan transfer edilib. "Maynts"ın yetirməsi "Bayer" (Leverkuzen) və "Çelsi"də də çıxış edib.

Xəbər xətti