"Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edib.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi İngiltərə Çempionşipində çıxış edən "Suonsi Siti"nin vingeri Andre Ayyo ilə güclənib. Qanalı futbolçu "sarı-bülbüllər"də icarə əsasında çıxış edəcək. Tərəflər arasında 1 illik müqavilə qeydə alınıb. 28 yaşlı oyunçunun müqaviləsində satın alma şərti də var.
Qeyd edək ki, Qana millisinin üzvü bu ilin yanvarında 20 milyon funt-sterlinq qarşılığında "Vest Hem"dən "Suonsi"yə keçmişdi.
saytlarin hazirlanmasi
