Aleksandr Qolovinin yeni klubu bəlli oldu

01:51 - 26 İyul 2018

DÇ-2018-də Rusiya millisinin heyətində diqqət mərkəzinə düşən Aleksandr Qolovinin yeni klubu bəlli olub

 

Sportal.az xəbər verir ki, Moskvanın ÇSKA klubunun futbolçusu karyerasını Fransada davam etdirəcək. 22 yaşlı yarımmüdafiəçi "Monako" ilə anlaşıb. "Knyazlıq klubu" bu keçid üçün Moskva təmsilçisinə 30 milyon avro ödəyəcək. Bu barədə "Monako"nun vitse-prezidenti Vadim Vasilyev məlumat verib.

 

Qeyd edək ki, Qolovin peşəkar karyerasına ÇSKA-da başlayıb.

Xəbər xətti