"Bavariya" gənc istedadlı futbolçuların axtarışındadır.
Sportal.az xəbər verir ki, Almaniya nəhəngi MLS-də çıxış edən "Vankuver"in ulduz namizədi Alfonso Deyvisi rənglərinə bağlayıb. Kanada millisinin üzvü üçün Münhen klubu 22 milyon dollarından keçib. Bu transfer MLS tarixində ən bahalı satış olub. 17 yaşlı hücumçu mövsümün qış fasiləsində komandaya qoşulacaq.
Deyvis əsas komandada ilk oyunu 15 yaşında keçirib. Kanadalı oyunçu "Vankuver"in heyətində MLS-də 53 oyun keçirib. Alfonso Kanada millisində 3 oyun keçirib.
saytlarin hazirlanmasi
