İtaliyanın “Atalanta” klubu yeni transfer reallaşdırıb.
Sportal.az xəbər verir ki, Seriya A klubu “Çelsi” yarımmüdafiəçisi Mario Paşaliçi icarəyə götürüb. 23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Xorvatiyalı futbolçunun müqaviləsində 15 milyon avroluq satın alma şərti də qoyulub.
Qeyd edək ki, "Çelsi" Paşaliçi 2014-cü ildə "Hayduk"dan 3 milyon funt-sterlinqə transfer edib. Mario London klubunda rəsmi oyun keçirməyib. O, bu müddət ərzində "Elçe", "Monako", "Milan", "Spartak" klublarında forma geyinib.
saytlarin hazirlanmasi
