"Everton"un yarımmüdafiəçisi Devi Klassen komandadan ayrılıb.
Sportal.az xəbər verir ki, Hollandiya millisinin üzvü karyerasını Bundesliqada davam etdirəcək. 25 yaşlı futbolçu "Verder"lə müqavilə imzalayıb. Bremenlilər bu keçid üçün Liverpul təmsilçisinə 15 milyon avro ödəyib.
Qeyd edək ki, Klassen ötən mövsüm "Ayaks"dan "Everton"a keçmişdi.
saytlarin hazirlanmasi
