Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Dion Omar Malone karyerasını Hollandiyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı dayaq yarımmüdafiəçi sabiq komandası "Den Haaq"a keçib. Surinam əsilli hollandiyalı futbolçu 2 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, Malone "qırmızı-qaralar"da 21 oyun keçirib.