"Bayern" "Ştutqart"ın müdafiəçisi Benjamin Pavarı transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Fransa millisinin üzvünün keçidi Münhen klubuna 35 milyon avroya başa gəlib. 22 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. Pavar yeni klubuna yayda qoşulacaq.

 

Qeyd edək ki, Pavar bu mövsüm 22 oyun keçirib.