"Hər şey məşqlərdən və oyunlardan asılıdır" - Amorim "Mançester Yunayted"in yetirmələrindən danışdı

22:10 - 15 Dekabr 2025

Ruben Amorim “Mançester Yunayted” akademiyasının oyunçularının az oyun vaxtı alması barədə danışıb.

Sportal.az xəbər verir ki, mançesterlilərin baş məşqçisi bu mövsüm Kobbi Maynunu start heyətində meydana buraxmamasının səbəbləri ilə bağlı suala cavab verib. 20 yaşlı yarımmüdafiəçi Premyer Liqada 10 oyun keçirib, lakin hələ heç vaxt oyuna ilk dəqiqələrdən başlamayıb.

“Sonda hər şey məşqlərdən və oyunlardan asılı olacaq. Əlbəttə, o, çox oyun keçirmir, amma Kobbinin, xüsusilə də keçən il, imkanları olub. Hamının bu imkanları var idi.

Harri Amass hazırda Çempionşipdə çətinliklər yaşayır. Çido isə 21 yaşadək komandada həmişə start heyətində meydana çıxmır.

Bütün bu uşaqlar bir vaxtlar çoxları "məşqçini istefaya göndərin" deyəndə oynayırdılar. Ona görə də, gördüyünüz kimi, mən narahat deyiləm”, – deyə Amorim bildirib.

Xəbər xətti