"Qarabağ"ın oyunu "Sport TV"-də - canlı göstərəcəklər

18:20 - 13 Yanvar 2026

Türkiyədə təlim məşq toplanışında olan “Qarabağ” yanvarın 16-da Polşanın “Zaqlebie Lubin” klubu ilə yoxlama görüşü keçirəcək.

Sportal.az xəbər verir ki, "Sport TV" kanalı Ağdam təmsilçisi ilə əldə olunan razılaşmaya əsasən yoldaşlıq görüşünü canlı yayımlayacaq.

Saat 19:00-da baş tutacaq matç TVNET platformasına daxil olan "Sport TV" kanalında birbaşa yayımda təqdim olunacaq.

Xəbər xətti