"Lokomotiv" Almaniya millisinin üzvünü transfer etdi

18:41 - 30 İyul 2018

“Şalke”nin müdafiəçisi Benedikt Hevedes karyerasını Rusiyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı almaniyalı futbolçu “Lokomotiv” klubu ilə anlaşıb. Bu barədə “Şalke”nin idman direktoru Kristian Haydel məlumat verib.Klub rəsmisi transferin 2 gün ərzində yükunlaşacağını söyləyib. Bu keçid üçün Moskva təmsilçisi 5 milyon avrosundan keçib.

 

Peşəkar karyerasına "Şalke"də başlayan Almaniya millisinin üzvü son mövsümü icarə əsasında "Yuventus"da keçirib.

Xəbər xətti