"Atletiko"dan "İnter"ə keçdi

00:34 - 31 İyul 2018

İtaliyanın “İnter” klubu müdafiə xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi “Atletiko”nun müdafiəçisi Şime Vrsalkonu 1 illik icarəyə götürüb. Bu keçid üçün Madrid klubuna 6,5 milyon avro ödənilib. 26 yaşlı futbolçunun satın alma qiyməti 17,5 milyon avro təyin olunub.

 

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2016-cı ildə "Sassuolo"dan "Atletiko"ya transfer olmuşdu. 

Xəbər xətti