İquain "Milan"a keçməyə razı oldu

16:35 - 31 İyul 2018

"Yuventus"un hücumçusu Qonsalo İquain "Milan"da oynamağa razılıq verib.

 

Sportal.az xəbər verir ki, "Milan" argentinalı hücumçunu 18 milyon avro qarşılığında heyətinə qatacaq. İquainin satın alma qiyməti 36 milyon avro təyin edilib. Bundan əlavə, "Milan"la "Yuventus" Leonardo Bonuççi və Mattia Kaldaranın dəyişdirəcəklər. Bu transferlər bu gün rəsmi şəkildə açıqlanacaq.

 

Qeyd edək ki, İquain 206-cı ildə 94 milyon avroya "Napoli"dən "Yuventus"a keçmişdi.

Xəbər xətti