"Atletiko" kolumbiyalı futbolçunu transfer etdi

14:34 - 1 Avqust 2018

"Atletiko" növbəti transferini edib.

 

Sportal.az xəbər verir ki, "hindular" Hollandiyanın PSV klubundanSantyaqo Ariası 11 milyon avroya transfer edib. Onun keçidi bonuslarla birgə 25 milyon avro edə bilər. Kolumbiya millisinin müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu PSV-yə 2013-cü ildə "Sportinq"dən keçib.

Xəbər xətti