“Qəbələ”nin sabiq futbolçusu Rikardinyo özünə yeni klub tapıb.
Sportal.az xəbər verir ki, İngiltərə I Liqasında çıxış edən “Oksford Yunayted”dən ayrılan 33 yaşlı müdafiəçi karyerasını Hollandiyada davam etdirəcək. Braziliyalı futbolçu I Liqada çıxış edən "Tvente" ilə 1 illik müqavilə bağlayıb.
"Tvente"nin texniki direktoru Ted van Leyven Rikardinyonu 3 il əvvəl "Qəbələ"də çıxış etdiyi dönəm bəyəndiklərini və transfer etmək istədiklərini arzulasalar da, buna nail ola bilmədiklərini vurğulayıb. Klub rəsmisi İsveç pasportuna sahib olan futbolçunun böyük təcrübəyə sahib olduğunu və komandaya fayda verəcəyini qeyd edib.
Rikardo Ferreyra da Silva 2015-ci ildə İsveçin "Malmö" klubundan "Qəbələ"yə keçmişdi.
saytlarin hazirlanmasi
