Almaniyalı futbolçu Premyer Liqa klubunda

01:08 - 3 Avqust 2018

“Şalke”dən ayrılan Almaniya millisinin üzvü Maks Meyerin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. Meyer Premyer Liqa təmsilçisi "Kristal Pelas"la 4 illik müqavilə bağlayıb. Onun həftəlik qazancı 220 min avro olacaq. Meyer komandada ən çox maaş alan futbolçuya çevrilib.

 

Qeyd edək ki, Meyer 2009-cu ildən "Şalke"də çıxış edirdi.

Xəbər xətti