"Lester Siti"nin hücumçusu Ahmed Musanın yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, nigeriyalı forvard karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 25 yaşlı hücumçu "Əl Nəsr" klubuna transfer olub. Bu keçid üçün ərəblər bonuslarla birgə 28 milyon avro ödəyib.
Qeyd edək ki, "Lester Siti" Musanı 2016-cı ildə ÇSKA-dan 19,5 milyon avroya almışdı.
saytlarin hazirlanmasi
