PAOK "Arsenal"ın futbolçusunu transfer etdi

16:29 - 3 Avqust 2018

Son Yunanıstan çempionu PAOK hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi "Arsenal"ın hücumçusu Çuba Akpomu transfer edib. 22 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. İngiltərəli futbolçunun keçidi üçün London təmsilçisinə 2 milyon funt-sterlinq ödənilib.

 

Qeyd edək ki, Akpom "Arsenal"ın yetirməsidir.

 

Əlavə edək ki, PAOK ÇL-in III təsnifat mərhələsində Moskva "Spartak"ı ilə qarşılaşacaq.

Xəbər xətti