Vidal rəsmən "Barselona"da

01:12 - 4 Avqust 2018

"Barselona" növbəti transferlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Belçikanın “Eypen” klubunda çıxış edən seneqallı sağ cinah müdafiəçisi Mussa Vaqeni transfer edib. Bundan əlavə, "Bavariya"nın yarımmüdafiəçisi Arturo Vidal da "Barselona"ya transfer olub. Çili millisinin üzvünün transferi 26,7 milyon funt-sterlinqə başa gəlib. Vidal 3 illik müqavilə imzalayıb.

 

"Barselona" bu yay Kleman Lanqle, Artur Melo və Malkonu transfer edib.

Xəbər xətti