Van der Vartın yeni klubu bəlli oldu

18:56 - 4 Avqust 2018

Hollandiya millisinin keçmiş üzvü Rafael van der Vart karyerasını yenə də Danimarkada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi "Esbyerq" klubunda forma geyinəcək. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.


"Hamburq", "Real", "Tottenhem", "Real Betis"  kimi klublarda çıxış etmiş Van der Vart son olaraq, Danimarkanın "Mitdyulland" komandasında forma geyinib. Hollandiyalı oyunçu "Ayaks"ın yetirməsidir.

 

Xəbər xətti