Ötən mövsümün ikinci yarısını "Kəpəz"də keçirən Şadon Vinçesterin yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını Finlandiyada davam etdirəcək. Trinidad və Tobaqo millisinin üzvü elita təmsilçi "Seinyaioki" klubu (SİK) ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Vinçester "Kəpəz"ə Meksikanın "Mursielaqos" klubundan keçmişdi. Şadon "sarı-göylər"də keçirdiyi 8 oyunda qol vurmamışdı.
saytlarin hazirlanmasi
