İtaliyanın "İnter" klubu Argentinanın "İndependiente" klubunun yarımmüdafiəçisi Maksimiliano Mesanı transfer edib.
Sportal.az xəbər verir ki, bu barədə futbolçunun agenti Karisso məlumat verib. Agent transferin detalları barədə açıqlama verməyib: "Bəli, "İnter"in idman direktoru Pyero Ausilio ilə görüşdüm. Bu transferlə bağlı tam açıqlama verməyəcəm. Amma Mesanın "İnter"ə transferində bütün şərtlərdə razılaşdıq".
Karisso Mesanın "İnter"ə baha başa gəldiyini deyib: "Mesa əsl ulduzdur. Üst səviyyədə oynamaq üçün hazırdır. İngiltərənin iki, Almaniya və İspaniyanın bir klubu bizimlə təmasa keçmişdi. Amma Mesa "İnter"i seçdi. Əgər son anda transfer baş tutmasa, Mesa daha bir mövsüm "İndependiente"də qalacaq".
Qeyd edək ki, "İndependiente" 25 yaşlı yarımmüdafiəçini 2016-cı ildə "Jimnasiya"dan 2,7 milyon avroya transfer edib. Mesa Argentina millisinin üzvüdür.
saytlarin hazirlanmasi
