"Çelsi" futbolçusunu Fransa klubuna icarəyə verdi

17:32 - 6 Avqust 2018

“Çelsi” müdafiəçisi Mett Miazqanı icarəyə verib.

 

Sportal.az xəbər verir ki,  ABŞ millisinin üzvü Fransanın “Nant” klubu ilə bir illik müqavilə imzalayıb. Liqa 1 təmsilçisi 23 yaşlı müdafiəçini satın alma şərtiylə heyətinə qatıb.

 

Qeyd edək ki, Miazqa “Çelsi”yə 2016-cı ildə ABŞ-ın “Nyu York Red Bullz” klubundan 3,5 milyon funt-sterlinqə transfer edilib. O, son mövsümü icarə əsasında Hollandiyanın “Vitess II” komandasında keçirib.

Xəbər xətti