La Liqa klubu Türkiyə millisinin futbolçusunu transfer etdi

15:28 - 7 Avqust 2018

"Osmanlıspor"un və Türkiyə millisinin üzvü Sərdar Gürlərin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, adı "Beşiktaş", "Qalatasaray" və "Trabzonspor"la hallanan hücumçu karyerasını İspaniyada davam etdirəcək. 26 yaşlı futbolçu "Hueska"ya transfer olub. La Liqa təmsilçisi bu keçid üçün "Osmanlıspor"a 2,5 milyon avro ödəyib. Gürlər yeni komandası ilə 3+1 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Fransanın "Soşo" klubunun yetirməsi olan Sərdar "Elazığspor", "Trabzonspor" və "Gənclərbirliyi" klublarında çıxış edib.

Xəbər xətti