"Yuventus" futbolçusunu icarəyə verdi

16:09 - 8 Avqust 2018

"Yuventus" hücumçusu Marko Pyatsanı icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu "Fiorentina"ya keçib.  Xorvatiya millisinin üzvü florensiyalılarına heyətində 1 il çıxış edəcək. Bu keçid üçün "qoca sinyora"ya 2 milyon avro ödənilib. Müqavilədə satın alma şərti də yer alıb.

 

Qeyd edək ki, Pyatsa 2016-cı ildə Zaqreb "Dinamo"sundan 23 milyon avroya "Yuventus"a keçib.

Xəbər xətti