"Lester Siti" Türkiyə millisinin üzvünü transfer etdi

11:49 - 9 Avqust 2018

Almaniyanın "Frayburq" klubunda forma geyən Türkiyə millisinin üzvü Çağlar Söyüncü karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı müdafiəçi "Lester Siti" ilə anlaşıb. "Tülkülər" bu keçid üçün Bundesliqa təmsilçisinə 25 milyon avro ödəyəcək. Bu transfer gün ərzində rəsmi şəkildə açıqlanacaq.

 

22 yaşlı müdafiəçi "Altınordu" yetirməsidir. Çağlar 2016-cı ildə "Frayburq"a transfer olub. Onun başqa kluba transferindən "Altınordu" 25 faiz pay alacaq.

Xəbər xətti