"Liverpul" hücumçusunu icarəyə verdi

14:59 - 10 Avqust 2018

İngiltərənin “Sauthempton” klubu hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Liverpul”un hücumçu Denni İnqzi icarəyə götürüb. 26 yaşlı futbolçunun müqaviləsi bir ili əhatə edir. "Sauthempton" mövsümün sonunda İnqzi 20 milyon funt-sterlinq ödəməklə birdəfəlik transfer edə bilər.

 

İnqz “Liverpul”a 2015-ci ildə “Bernli”dən transfer olunub.

Xəbər xətti