AFFA-nın arzuladığı futbolçu Polşa klubunda

13:35 - 17 Avqust 2018

Rusiyanın "Yenisey" klubunun Azərbaycan əsilli rusiyalı futbolçusu Sərdar Sərdarovun yeni komandasının adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı vinger karyerasını Polşada davam etdirəcək. O, "Krakoviya" klubu ilə 1+1 illik müqavilə bağlayıb.

 

Sərdarov yay transfer dönəmində "Sumqayıt"ın düşərgəsində olsa da, onun transferi baş tutmayıb.

 

Qeyd edək ki, Sərdarov Rusiyanın U-17, U-19, U-21 millilərində çıxış edib. Sərdar bir müddət əvvəl AFFA-nın onu milliləşdirmək istədiyini açıqlamışdı.

 

Xəbər xətti