İtaliya millisinin sabiq üzvü Türkiyə klubunda

17:57 - 17 Avqust 2018

Türkiyə Super Liqa təmsilçisi "Ankargücü" yeni transfer reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, elita debütantı İtaliya millisinin sabiq üzvü Alessio Çerçini heyətinə qatıb. Azad agent statusu ilə alınan futbolçu 3 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, 31 yaşlı vinger "Roma", "Breşiya", "Atalanta", "Fiorentina", "Torino", "Atletiko", "Milan", "Cenoa" kimi klublarda çıxış edib. Çerçi ötən mövsümü "Verona"da keçirib.

Xəbər xətti