"Fənərbaxça" növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, İstanbul klubu "Portu"dan Dieqo Reyesi transfer edib. Meksika millisinin üzvü "Fənərbaxça"ya azad agent statusu ilə keçib.
Qeyd edək ki, 25 yaşlı mərkəz müdafiəçisi 2013-cü ildən "Portu"da çıxış edirdi. O, "Real Sosyedad" və "Espanyol"da da icarə əsasında çıxış edib. Reyes 2011-ci ildən Meksika millisinə dəvət alır.
saytlarin hazirlanmasi
