"Beşiktaş" yeni transferini rəsmən açıqlayıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Liverpul"un qapıçısı Loris Kariusu heyətinə qatdığını rəsmən açıqlayıb. "Ağ-qaralar" almaniyalı qolkiperi icarəyə götürüb. 25 yaşlı çərçivə qoruyucusunun müqaviləsi 2 illikdir. Sözləşməyə satın alma şərti də daxil edilib.
Qeyd edək ki, Karius 2016-cı ildə "Maynts"dan "Liverpul"a 7,5 milyon avro qarşılığında keçib.
saytlarin hazirlanmasi
