"Roma"nın futbolçusu "Marsel"ə transfer oldu

16:30 - 27 Avqust 2018

Yay transfer dönəminin fəallarından olan "Roma" yarəmmüdafiəçisi Kevin Strotmanı "Marsel"ə satıb.

 

Sportal.az xəbər verir ki, bu barədə İtaliya mətbuat məlumat yayıb. Liqa 1 təmsilçisi Hollandiya millisinin üzvü üçün 25 milyon avro ödəyəcək. Müqavilənin şərtlərində 3 milyon avroluq bonus şərti də əlavə edilib. 28 yaşlı oyunçunun illik maaşı 4,5 milyon avro olacaq.

 

"Roma" Strotmanı 2013-cü ildə 19 milyon avroya PSV-dən transfer etmişdi.

Xəbər xətti