İqbekoyinin yeni klubu məlum oldu

10:10 - 28 Avqust 2018

"Zirə"dən ayrılan Viktor İqbekoyinin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi karyerasına ABŞ-da davam edəcək. O, II Liqa təmsilçisi "Nort Kalorina"ya keçib

 

Qeyd edək ki, 31 yaşlı futbolçu Azərbaycanda 12 il ərzində çıxış edib. Təcrübəli futbolçu "Zirə"dən başqa, "Turan”, "Qarabağ” və AZAL-ın da şərəfini qoruyub.

 

Əlavə edək ki, İqbekoyi "Zirə" tarixində ən çox oyun keçirmiş futbolçudu.

 

Xəbər xətti