DÇ-2010-nun qəhrəmanı sabiq "Qarabağ"lı ilə eyni komandada

18:25 - 28 Avqust 2018

Türkiyə Super Liqa təmsilçisi "Ərzurumspor" növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Ərzurum təmsilçisi Cənubi Afrikanın "Kayzer Çifs" klubunun vingeri Sipive Çabalalanı transfer edib. Müqavilənin şərtləri barədə isə məlumat verilməyib.

 

Cənubi Afrika millisinin 33 yaşlı sabiq futbolçusu 2007-ci ildən "Kayzer Çifs"də çıxış edirdi.

 

Qeyd edək ki, Çabalala 2010-cu ildə ölkəsi Cənubi Afrikada keçirilmiş dünya çempionatının Meksika ilə açılış matçında fərqlənərək, turnirin ilk qolunu vurmuşdu.

 

Əlavə edək ki, ötən mövsüm "Qarabağ"dan ayrılan bosniyalı qolkiper İbrahim Şehiç "Ərzurumspor"un uğurları üçün çalışır.

Xəbər xətti