"Barselona" hücumçusunu "Borussiya"ya icarəyə verdi

11:30 - 29 Avqust 2018

"Barselona" hücumçusu Pako Alkaseri icarəyə verib.

 

Sportal.az xəbər verir ki, ispan forvard karyerasını Almaniyada davam etdirəcək. 24 yaşlı futbolçu Dortmund "Borussiya"sı ilə müqavilə imzalayıb. Bundesliqa klubu Alkaseri 1 illik icarə əsasında heyətinə qatıb. Bu keçid üçün "Barselona"ya 2 milyon avro ödənilib. Müqavilədə satın alma bəndi də qeyd edilib. "Borussiya" Pakonu 23+5 milyon avroya birdəfəlik transfer edə bilər.

 

Qeyd edək ki, Alkaser 2016-cı ildə "Valensiya"dan "Barselona"ya keçmişdi.

Xəbər xətti