Belçika millisinin üzvü "Monako"da

17:35 - 30 Avqust 2018

"Monako" növbəti transferini edib.

 

Sportal.az xəbər verir ki, İngiltərənin "Vest Bromviç" klubunun yarımüdafiəçisi Naser Şadli "knyazlıq klubu" ilə anlaşma əldə edib. Bu barədə RMC məlumat yayıb. Belçika millisinin üzvünün transferi "Monako"ya 12 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, 29 yaşlı vinger 2016-cı ildə "Tottenhem"dən "Vest Bromviç"ə 13 milyon funt-sterlinqə keçmişdi.

Xəbər xətti