Sabiq "Qəbələ"li "Adanaspor"da

14:16 - 31 Avqust 2018

Ötən mövsümü icarə əsasında "Qəbələ"nin heyətində keçirən, müqavilə ilə Türkiyənin "Göztəpə" klubuna məxsus olan Famusa Konenin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, malili hücumçu karyerasını Türkiyə I Liqasında davam etdirəcək. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. 24 yaşlı futbolçunun müqaviləsi və transferi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Kone ötən mövsüm "Qəbələ"də 23 oyuna 6 qol vurub.

Xəbər xətti