PSJ qapıçısını icarəyə verdi

19:55 - 31 Avqust 2018

PSJ qapıçısı Kevin Trappı icarəyə verib.

 

Sportal.az xəbər verir ki, Almaniya millisinin üzvü ölkəsinə qayıdıb. 28 yaşlı qolkiper “Ayntraxt” klubu ilə müqavilə imzalayıb. Trapp Frankfurt təmsilçisində bir mövsüm çıxıış edəcək.

 

Qeyd edək ki, Almaniyalı qapıçı 2015-ci ildə məhz "Ayntraxt"dan PSJ-yə keçmişdi.

Xəbər xətti