"Qalatasaray"dan ayrılan futbolçu "Fənərbaxça"da

17:11 - 1 Sentyabr 2018

"Qalatasaray"dan ayrılan Tolqa Ciyercinin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 26 yarımmüdafiəçi İstanbulun digər klubu "Fənərbaxça"ya keçib. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Tolqa 2016-cı ildə 3 milyon avro qarşılığında "Herta"da "Qalatasaray"a transfer edilmişdi. Ciyeci 2016-cı ildən Türkiyə millisinə dəvət alır.

Xəbər xətti