PSJ "Bavariya"nın futbolçusunu transfer etdi

20:37 - 1 Sentyabr 2018

PSJ növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Paris klubu "Bavariya"nın sol cinah müdafiəçisi Xuan Bernatı transfer edib. 25 yaşlı futbolçu ilə 2021-ci ilə kimi müqavilə bağlanılıb. PSJ İspaniya millisinin üzvü üçün 15 milyon avro ödəyib.

 

Qeyd edək ki, Bernat 2014-cü ildə "Valensiya"dan "Bavariya"ya transfer olmuşdu.

Xəbər xətti