Ben Arfanın yeni klubu rəsmən bəlli oldu

16:09 - 2 Sentyabr 2018

Ötən mövsüm PSJ-dən ayrılan Hatem Ben-Arfanın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin sabiq üzvü Fransanın I Liqa təmsilçisi "Renn"lə anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Ben Arfa ötən mövsüm PSJ-də heç bir oyunda meydana çıxmayıb. O, 2015/16 mövsümündə "Nitsa"da uğurlu çıxışdan sonra PSJ-yə keçmişdi.

Xəbər xətti