Türkiyə Super Liqasında əcnəbi hakimlər - RƏSMİ

16:31 - 12 Aprel 2024

Türkiyə Super Liqası oyunlarında əcnəbi VAR hakimləri olacaq.

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Qərar 32-ci turdan sonra tətbiq olunacaq. Mövsümün sonuna kimi həm çempionluq uğrunda, həm də liqada qalmaq uğrunda mübarizə aparan komandaların kritik matçlarında VAR funksiyasını başqa ölkələrdən olan ədalət təmsilçiləri yerinə yetirəcək.

Bu məqsədlə İtaliya, İspaniya, Almaniya, Niderland və Portuqaliyadan referilərə dəvət olunacaq.

Artıq 32-ci turun hansı görüşlərində əcnəbi VAR hakimlərinin olacağı da məlumdur. Belə ki, "Ankaragücü" - "Qaziantep", "Fatih Karagümrük" - "Fənərbaxça" və "Alanyaspor" - "Qalatasaray" qarşılaşmalarında VAR-da xatici hakimlər olacaq.

Xəbər xətti