"Fənərbaxça"nın futbolçusu üçün mövsüm erkən bitdi

17:27 - 12 Aprel 2024

"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Ceyden Ostervolde sıradan çıxıb.

Niderlanlı futbolçu Konfrans Liqası 1/4 final mərhələsinin "Olimpiakos"la ilk matçında zədələnib. 22 yaşlı sol cinah müdafiəçisi əməliyyat olunacaq. O, mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Fənərbaxça" Ceyden Ostervoldeni 2023-cü ilin yanvar ayında "Parma"dan transfer edib. Arxa xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti