İngiltərənin "Mançester Siti" klubu müdafiə xəttini gücləndirib.

 

Sportal.az "De Telegraaf"a istinadən xəbər verir ki, "şəhərlilər" PSV-nin futbolçusu Anxelinonu transfer edib. Bu keçid üçün Mançester təmsilçisi 12 milyon avrosunda keçib.

 

22 yaşlı sol cinah müdafiəçisi Premyer Liqa klubu ilə müqavilə imzalamaq üçün PSV-nin düşərgəsindən ayrılıb.

 

PSV ispaniyalı futbolçunu ötən ilin yayında "Mançester Siti"dən 5,5 milyon avroya transfer etmişdi. Mançesterlilər müqavilənin şərtlərinə uyğun olaraq, futbolçunu 12 miliyon avroya geri qaytarmaq hüququna sahib olub.