"Qarabağ"ın legionerləri Anqolaya qarşı oynadı

12:50 - 17 Noyabr 2023

DÇ-2026-ın seçmə mərhələsində Afrika zonası üzrə qrup mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki. "Qarabağ"ın legionerləri Patrik Andrade ilə Leandro Andradenin formasını geyindiyi Kabo-Verde millisi doğma meydanda Anqolanı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

"Qarabağ"ın futbolçuları da bu görüşün iştirakçısı olub. Leandro matça start heyətdə başlayıb və fasilədə əvəzlənib. Patrik isə 61-ci dəqiqədə meydana daxil olub.

Xəbər xətti